Netanyahu: "İrana qarşı hücumlar dayandırılmayacaq!"
İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, İsrail İrana tam güclə zərbələr endirməyə davam edir.
TodayPress TV "The Times of Israel"ə istinadən xəbər verir ki , o, bu barədə videomüraciətində bildirib.
"İrandakı hədəflərə tam güclə zərbələr endirməyə davam edirik",- Netanyahu deyib.
Onun sözlərinə görə, İsrail ordusunun həyata keçirdiyi son əməliyyatlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun donanma komandanı Əlirza Tənqsiri məhv edilib və o, Hörmüz boğazını bağlamaq üçün hərəkətlərin təşkilində ittiham olunub.
Jalə Rövşən