Netanyahu: “İran yenidən nüvə silahına can atacaq”

Netanyahu: “İran yenidən nüvə silahına can atacaq”
06.09.2026 00:23 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu İranın yenidən nüvə silahı əldə etməyə çalışacağını bildirib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir. 

Netanyahu deyib ki, İsrail İrana qarşı hərəkət etməsəydi, Tehran artıq İsraili məhv etmək üçün nəzərdə tutulan atom bombalarına sahib olardı.

“İndi onlar yenidən cəhd edəcəklər. Onlar İsrailin dağıtdığı oxu bərpa etməyə çalışır və bunu etməyə davam edəcəklər”, – deyə İsrail Baş naziri bildirib.

Netanyahunun sözləri İranın nüvə proqramı ilə bağlı gərginliyin yenidən artdığı bir vaxtda səslənib. Beynəlxalq Atom Enerjisi Agentliyi isə hazırda İranın əsas nüvə obyektlərinə çıxış əldə edə bilmədiyini açıqlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər