Netanyahu Hindistana səfərini təxirə saldı
İsrail Baş naziri Benyamin Netanyahu Hindistana rəsmi səfərini təxirə salıb.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu dekabr ayında planlaşdırılması nəzərdə tutulan Hindistan səfərini təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq təxirə salıb.
Məlumata görə, səfərin Yeni Dehlidə həyata keçirilməsi planlaşdırılırdı. Lakin bölgədə yaranmış təhlükəsizliklə bağlı risklər fonunda səfərin daha uyğun vaxta keçirilməsi qərara alınıb.
İsrail tərəfinin yaxın günlərdə səfərin yeni tarixi ilə bağlı Hindistan hökuməti ilə məsləhətləşmələri davam etdirəcəyi bildirilir.
Jalə Rövşən