Netanyahu BQXK-ya çağırış etdi
İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edərək Qəzzada saxlanılan israilli girovlara tibbi yardım və ərzaq çatdırılmasına kömək göstərməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Netanyahu bu məsələ ilə bağlı Qırmızı Xaçın rəhbəri Jülyen Lerisson ilə danışıqlar apardığını bildirib. O, girovlara tibbi yardım və qida çatdırılmasının vacibliyini vurğulayıb.
Töhfə Səməd