Nepalda zəlzələ nəticəsində ölənlərin sayı açıqlandı
Nepalda baş verən güclü daşqınlar nəticəsində 1 344 nəfərin cəsədi aşkarlanıb, təxminən 5 000 nəfər isə itkin düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Nepal Samaya" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, itkinlər arasında 698 əcnəbi vətəndaş da var. Fəlakət avqustun 26-da baş verən qəfil və güclü daşqınlardan sonra meydana gəlib.
Buna Tibetdə baş verən zəlzələ və ardınca yaranan torpaq sürüşməsi səbəb olub. Torpaq sürüşməsi Lhentse çayının qarşısını kəsərək böyük su kütləsinin yaranmasına gətirib çıxarıb.
Hazırda Nepalda xilasetmə və axtarış işləri davam etdirilir. İtkilərin sayının artacağı istisna edilmir.
Türkan İsgəndərli