Nepalda DƏHŞƏTLİ daşqın: 157 nəfər öldü, yüzlərlə insan itkin düşdü

Nepalda DƏHŞƏTLİ daşqın: 157 nəfər öldü, yüzlərlə insan itkin düşdü
26.08.2026 23:14 Dünya

Nepalda güclü daşqın nəticəsində ölənlərin sayı 157-yə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Ratopati” yerli polisə istinadən məlumat yayıb.

Daşqınlar və torpaq sürüşmələri nəticəsində xəsarət alan daha 41 nəfər Nepaldakı müxtəlif xəstəxanalarda müalicə olunur.

Xilasetmə və axtarış əməliyyatlarının həyata keçirilməsi üçün regiona 3,3 mindən çox polis əməkdaşı cəlb olunub.

Xatırladaq ki, avqustun 26-da Çin və Nepal sərhədində, Giyronq keçid məntəqəsi ərazisində güclü torpaq sürüşməsi baş verib. Su axınları onlarla bina, körpü və avtomobili yuyub aparıb. Təxminən 1000 nəfər itkin düşmüş hesab olunur, onların arasında 300-ə yaxın xarici vətəndaş var. Fəlakət bölgəsində mobil rabitə yoxdur.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər