Nepal höküməti prezidentin istefasını təkzib etdi

Nepal höküməti prezidentin istefasını təkzib etdi
09.09.2025 17:10 Dünya

Nepal Prezidenti Ram Çandra Paudelin ofisi onun istefa verdiyinə dair yayılan xəbərləri təkzib edib.

TodayPress TV xəbər verir ki, bu barədə "India Today TV" telekanalı məlumat yayıb.

Məlumata görə, nümayişçilərin prezident iqamətgahına daxil olmasından sonra Paudel təhlükəsizlik səbəbindən Nepal ordusunun helikopteri ilə təxliyə olunub.

Xatırladaq ki, Nepalın Baş naziri Şarma Oli kütləvi etirazlar və siyasi təzyiqlər fonunda istefa verib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər