NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək

NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək
20.08.2025 01:00 Dünya
NATO-nun növbəti sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək.

TodayPress TV xəbər verir ki, Baş katib Mark Ruttenin bu bəyanatını blokun mətbuat xidməti yayıb.

“İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm”, - o deyib.

Rutte bildirib ki, Ankaradakı görüşdə NATO ölkələrinin liderləri bugünkü çağırışlara cavab hazırlamağa davam edəcəklər.

Türkiyə son 25 ildə ikinci dəfə alyans sammitinə ev sahibliyi edəcək. Daha əvvəl 2004-cü ildə sammit İstanbulda keçirilmişdi.
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər