NATO baş katibi ABŞ-dən "çeviklik” gözləyir
NATO Baş katibi Mark Rutte ABŞ-ni Ukraynaya dəstək məsələsində daha çevik olmağa çağırıb.
TodayPress TV xəbər verir ki, O, “Bloomberg”ə verdiyi açıqlamada bildirib ki, Vaşinqton öz hərbi ehtiyatlarının dolğunluğuna əmin olmalıdır, lakin eyni zamanda Ukraynanın özünü müdafiə etməyə davam edə bilməsi də vacibdir.
“ABŞ öz ehtiyatlarının bizim üçün — kollektiv müdafiə üçün lazım olan səviyyədə olduğuna əmin olmalıdır. Eyni zamanda, əlbəttə ki, biz çeviklik gözləyirik. Ukraynanın irəliləyə bilməsinə təminat verməliyik”, — deyə Rutte vurğulayıb.
Qiymət Mahir