NATO 2026-cı ilin ən böyük təlimlərinə başladı
Dünya
25.01.2026 21:15
Qrenlandiya ətrafında yaranmış vəziyyət fonunda NATO 2026-cı ilin ən irimiqyaslı hərbi təlimlərinə start verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Manevrlərin əsas məqsədi ehtimal olunan münaqişə zamanı NATO qoşunlarının operativ şəkildə dislokasiya edilməsini sınaqdan keçirməkdir. Nəşr qeyd edir ki, Almaniya bu prosesdə mərkəzi logistik qovşaq funksiyasını yerinə yetirəcək.
"Steadfast Dart" təlimləri çərçivəsində AFR ərazisinə 10 mindən çox hərbçi, eləcə də çox sayda hərbi texnika və nəqliyyat vasitələri köçürülür. Manevrlərdə NATO-nun ümumilikdə 11 ölkəsi – Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Çexiya, Litva, Bolqarıstan və Belçika iştirak edir.
Təlimlərə tanklar və reaktiv yaylım atəşi sistemləri daxil olmaqla 1500-dən çox hərbi texnika, 20-dən artıq təyyarə və təxminən eyni sayda dəniz texnikası (desant gəmiləri, freqatlar və sualtı qayıqlar) cəlb olunacaq.
tag: NATO,2026,Təlim,Manevr,Todaypress.tv,
