NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı

NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı
13.08.2026 01:30 Dünya

Avqustun 12-də başlayan Günəş tutulmasını qeydə almaq üçün ABŞ-yə məxsus xüsusi təyyarə Danimarka boğazı üzərində havaya qaldırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

Söhbət ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus təyyarədən gedir.

"İslandiyadan "Martin WB-57 Canberra" xüsusi təyyarəsi havaya qaldırılıb və İslandiya ilə Qrenlandiya arasındakı Danimarka boğazı üzərində uçuşlara başlayıb", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, bu tip təyyarələr taktiki bombardmançı-kəşfiyyat təyyarələri hesab olunur, lakin bu halda təyyarə elmi tədqiqatlar üçün uyğunlaşdırılıb.

"Təyyarə Danimarka boğazının akvatoriyası üzərində 15 kilometrdən çox yüksəklikdə dövrə vurur. Bunun sayəsində həmin ərazidə mülki aviasiyanın hərəkətinə mane olmur", - deyə mənbə əlavə edib.

Günəş tutulmasının müxtəlif mərhələlərinin Avropa, Asiyanın qərbi, Afrika, Şimali və Cənubi Amerika ərazilərində, Sakit, Atlantik və Hind okeanlarında, hətta Antarktidada müşahidə ediləcəyi gözlənilir. Ayın kölgəsi Şimal qütbündən 100 kilometrdən də az məsafədən keçəcək, daha sonra Qrenlandiya və İslandiyanın üzərindən hərəkət edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər