Narkotik ticarətində yeni mərhələ: Sıra sualtı gəmilərdədir
Meksika Hərbi Dəniz Qüvvələri narkotik qaçaqmalçılarına məxsus, tonlarla kokain daşıyan sualtı qayığı saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş "X"da məlumat verib.
Onun sözlərinə görə, gəmi Gerrero ştatının sahilləri yaxınlığında ələ keçirilib. Qayıqda 42 milyon dollar dəyərində 3,5 ton kokain və üç xarici vətəndaş olub.
Töhfə Səməd