Muzeydən 300-dən çox gümüş eksponat oğurlandı

Dünya

23.01.2026 00:24

Naməlum şəxslər Niderlandın Dusburq şəhərindəki Böyük kilsənin binasında yerləşən gümüş muzeyini qarət ediblər.

TodayPress TV  bu barədə "Omroep Gelderland" yayım korporasiyasına istinadən xəbər verir.

Qeyd olunub ki, muzeydən 300-dən çox gümüş əşya oğurlanıb, zərərin məbləği onminlərlə avro dəyərində qiymətləndirilir. Məlumata görə, qarət yanvarın 21-nə keçən gecə baş verib. Oğrular iki qapını qıraraq muzey binasına daxil olublar.

Ekspozisiya videomüşahidə sistemi və siqnalizasiya ilə təchiz olunmuş ayrıca zalda yerləşirdi. Lakin oğrular içəri daxil olan kimi siqnalizasiya sıradan çıxarılıb, kameralar isə dərhal sındırılıb. Muzey rəhbərliyinin məlumatına görə, bütün gümüş eksponatlar oğurlanıb, oğrular 14 vitrini sındırıb və içindəkiləri aparıblar.

TodayPress TV

tag: Dusburq , Niderland, Gümüş, Muzey, Oğurluq, todaypress.tv,