Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc

Müharibə Təl-Əvivə neçəyə başa gəlir? - İsrail ordusundan REKORD xərc
03.08.2026 19:14 Dünya

İsrail ordusunun Qəzza zolağı başda olmaqla Livan və İrana yönəlik hücumları müdafiə xərclərində rekord artıma səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Qəzza zolağına hücumların başlamasından 2 il 10 ay ötdükdən sonra Təl-Əviv rəhbərliyinin hərbi xərclərinin 91,6 milyard dollara çatdığı qeyd olunan xəbərdə, sözügedən büdcənin üçdə birindən çoxunun birbaşa ehtiyatda olan hərbçilərin ödənişləri olduğu bildirilib.

Tel-Əviv rəhbərliyinin illik müdafiə büdcəsinə 2023-cü ildən əvvəl orta hesabla 22,4 milyard dollar ayırdığı qeyd olunub. Lakin 2026-cı ilin mart ayında edilən genişmiqyaslı dəyişikliklə bunun 46,8 milyard dollara çatdırıldığı xatırladılıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər