"Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian
"Biz müharibə və təcavüzkarlıq niyyətində deyilik, lakin səbəbsiz yerə də gərginlik yaratmırıq".
TodayPress TV xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian bildirib.
Liderin sözlərinə görə, İran müharibə və ekspansionizm məqsədi güdmür, yalnız müdafiə imkanlarını və təhlükəsizliyini qoruyur.
"Əgər İrana qarşı təzyiq və təhdidlərə son qoyularsa, gərginliyin davam etməsi üçün heç bir səbəb qalmayacaq", - deyə o əlavə edib.