Müharibə başlayandan bəri ən böyük razılaşma... - Rusiya-Ukrayna xəttində "irəliləyiş" əldə olundu
Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə mühüm irəliləyişə nail olublar, danışıqlar ciddi və səmimi xarakter daşıyıb.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner bildirib.
“Bu gün humanitar sahədə mühüm irəliləyişə nail ola bildik. Ukrayna və Rusiya müharibə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsi ilə bağlı prinsipial razılığa gəliblər. Bu, ailələrin bir araya gəlməsinə, etimadın möhkəmlənməsinə və sülh prosesinə təkan verilməsinə imkan yaradacaq", - deyə o vurğulayıb.
Kuşnerin sözlərinə görə, fevral ayından bəri keçirilən ilk üçtərəfli danışıqlar çərçivəsində Ukrayna ilə Rusiya arasında yaxınlaşma mühüm addım olub. Müzakirələr ciddi, ətraflı və səmimi xarakter daşıyıb. O bildirib ki, hər iki ölkə fikir ayrılıqlarının aradan qaldırılması və müharibənin dayandırılmasına aparan yolun tapılması ilə bağlı konkret təkliflərini bölüşüb.
Aysel Mətləb