Müəllimlərə dərs zamanı telefondan istifadə etmək qadağan olunacaq

Müəllimlərə dərs zamanı telefondan istifadə etmək qadağan olunacaq
23.01.2026 11:22 Dünya

Gürcüstanda yeni tədris ilindən dərs zamanı şagird və müəllimlərin mobil telefonlardan istifadəsi qadağan olunacaq, müəllimlər nümunə olaraq telefonlarını xüsusi qutuya qoyacaqlar.

TodayPress TV "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, bu qadağa müəllimlərə də şamil olunacaq.

Müəllimlər dərs zamanı şagirdlərin telefonları ilə birlikdə öz mobil telefonlarını xüsusi saxlama qutusuna qoyaraq nümunə göstərəcəklər. Nazirlik bildirir ki, bu müəllimlər üçün qadağa deyil, sadəcə şagirdlər üçün şəxsi nümunə olacaq.

Eyni zamanda, yeni tədris ilindən başlayaraq Gürcüstanda məktəb təhsili islahatı həyata keçiriləcək. İslahatlara ibtidai siniflər üçün məktəbli formalarının tətbiqi, yeni məktəb tədris planının hazırlanması və bütün dövlət məktəbləri üçün standartlaşdırılmış dərsliklərin istifadəsi daxildir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər