Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR

Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR
09.08.2026 15:35 Dünya

İranın Ali rəhbəri Müctəba Xamenei ölkə Prezidenti Məsud Pezeşkianla görüşüb və iqtisadi, hərbi məsələlərin müzakirəsi aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə M. Xamenei "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Prezidentliyinin üçüncü ilinə başlayan Pezeşkianın İnqilabın ali lideri ilə görüşü keçirilib və ölkənin iqtisadi, hərbi məsələləri müzakirə edilib", - deyə paylaşımda bildirilib.

Söhbət zamanı İranın əsas problemləri, xüsusən də əhalinin ehtiyaclarının ödənilməsinə toxunulub:

"Həmçinin müharibənin mövcud şərtləri, gələcək perspektivlər, hərbi sahənin inkişafı, valyuta, enerji sahələrində ehtiyatların təmin edilməsi və xərclərin idarə olunması üzrə həll yolları, eləcə də xarici tərəflərlə qarşılıqlı iqtisadi əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılıb".

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər