MOSSAD 100-dən çox Bəsic üzvünü zəhərlədi - İDDİA

Dünya

23.04.2026 12:33

İranın paytaxtı Tehran şəhərində 100-dən çox Bəsic üzvünün zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "OSINT" məlumat yayıb.

Məlumatlara görə, hadisə nəticəsində bir nəfərin öldüyü, digər zərərçəkənlərin isə Parand şəhərində yerləşən xəstəxanalara yerləşdirildiyi bildirilir. Hazırda onların vəziyyəti barədə rəsmi açıqlama verilməyib.

Hadisənin səbəbi və mümkün günahkarın kimliyi hələlik məlum deyil. Məsələ ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi təsdiq və ya geniş açıqlama təqdim olunmayıb.

Bəzi "OSINT" mənbələri, hadisənin daxili hücum ola biləcəyini iddia etsə də, bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.

Bəzi mənbələr isə hadisənin arxasında MOSSAD-ın dayandığını bildirir. 

Qeyd edək ki, Bəsic qüvvələri İran daxilində təhlükəsizlik və ictimai asayiş tədbirlərində iştirak edən hərbiləşdirilmiş strukturlardan biridir və tez-tez etiraz aksiyalarının yatırılmasında rol alır.

Jalə Rövşən 

TodayPress TV

tag: Bəsic,İran ,Zəhərlənmə ,Tehran,Todaypress.tv,