Moskvanı qorxudan XƏBƏRDALIQ: Ukrayna ilə razılaşmağa tələsin

Moskvanı qorxudan XƏBƏRDALIQ: Ukrayna ilə razılaşmağa tələsin
18.11.2026 21:38 Dünya

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiyanı Ukrayna ilə sülh sazişi bağlamağa tələsməyə çağırıblar. Onlar Moskvanı xəbərdar ediblər ki, ABŞ Konqresində demokratlar nəzarəti ələ keçirərsə, Rusiya üçün mümkün sülh sazişinin şərtləri daha sərt ola bilər.

TodayPress TV xəbər verir ki, “Kyiv Independent” nəşrinin danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ nümayəndələri Moskvanı hazırkı administrasiya dövründə razılığa gəlməyə inandırmağa çalışırlar.

Bildirilib ki, demokratların Konqresdə nəzarəti ələ keçirməsi Ukraynaya hərbi və maliyyə yardımının artırılmasına, eləcə də Rusiyaya qarşı təzyiqlərin gücləndirilməsinə səbəb ola bilər.

Nəşrin məlumatına görə, məhz bu arqument Rusiyanın sentyabrda danışıqları davam etdirməkdən imtina etməsindən sonra yenidən danışıqlar masasına qayıtmasında rol oynayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər