Moskvanı çətin vəziyyətə salacaq qərar: 145 HƏDƏF müəyyənləşdi

Moskvanı çətin vəziyyətə salacaq qərar: 145 HƏDƏF müəyyənləşdi
11.11.2026 23:20 Dünya

Avropa İttifaqına üzv ölkələrin səfirləri noyabrın 11-də Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ilkin olaraq razılaşdırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “European Pravda” nəşri məlumat yayıb.

Yeni məhdudiyyətlər çərçivəsində 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsi nəzərdə tutulur.

Belə ki, Ukraynanın ərazi bütövlüyünə qarşı fəaliyyətlərlə əlaqədar 12 fiziki və 101 hüquqi şəxs sanksiyalara məruz qalacaq. Hüquqi şəxslər arasında 50 Rusiya bankı da var. Bundan başqa, Rusiyanın kölgə donanmasına yardım edən şirkətlərə qarşı da məhdudiyyətlər tətbiq olunacaq.

Rusiyanın hibrid fəaliyyətləri ilə əlaqədar daha 30 fiziki və bir hüquqi şəxsin, kiberhücumlara görə isə bir şirkətin sanksiya siyahısına daxil edilməsi planlaşdırılır.

Yeni sanksiyalar noyabrın 16-da Aİ Xarici İşlər Şurası tərəfindən yekun olaraq təsdiqlənməlidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər