Moskvadan İrəvana açıq mesaj – Qərbə bel bağlamayın!

Moskvadan  İrəvana açıq mesaj – Qərbə bel bağlamayın!
06.08.2026 17:58 Dünya

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmaq cəhdlərinin və Moskvaya qarşı şantaj xarakterli addımlarının narahatlıq doğurduğunu bildirib.

TodayPress TV  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə deyib.

Onun sözlərinə görə, Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir.

Fadeyev bildirib ki, Brüssel, London və Paris Ermənistan iqtisadiyyatına ciddi sərmayələr yatırmayacaq.

Diplomat qeyd edib ki, Ermənistanın Rusiya ilə ənənəvi əlaqələrinə baxmayaraq, ölkədə hazırda Rusiyapərəst şəxslərin təqib edilməsi, Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı arbitraj iddiaları ilə hədələmə və Kiyevlə yaxınlaşma cəhdləri müşahidə olunur.

“Əgər İrəvan öz maraqlarının nəzərə alınmasına çalışırsa, Moskvanın da erməni tərəfdaşları qarşısında analoji gözləntilərinin olması təbiidir. Lakin hələlik görürük ki, Ermənistan rəhbərliyi münasibətlərimizin perspektivlərini birtərəfli hərəkət kimi qəbul edir. Biz isə daha realist və balanslaşdırılmış yanaşmaya ümid edirik”, – Fadeyev vurğulayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər