Moldova MDB ölkələri ilə vizasız rejimi ləğv edəcək

Moldova MDB ölkələri ilə vizasız rejimi ləğv edəcək
28.11.2025 08:47 Dünya

Moldovada MDB ölkələri vətəndaşlarının vizasız səfərlərinə dair saziş təsdiqlənib.

TodayPress TV xəbər verir ki, bu barədə parlamentin spikeri İqor Qrosu məlumat verib.

Bildirilib ki, MDB ölkələri vətəndaşlarının vizasız səfərləri ilə bağlı saziş 9 oktyabr 1992-ci il tarixində imzalanıb və vətəndaşlara ölkə ərazisində 90 günədək vizasız qalmağa imkan verirdi.

Hazırda Moldovanın Tacikistan və Qırğızıstan istisna olmaqla bütün MDB ölkələri ilə vizasız rejim haqqında ikitərəfli sazişləri var.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər