Modi Hindistanın gələcəyini belə planlayır
Hindistanın Baş naziri Narendra Modi ölkəsinin gələcəyi ilə bağlı iddialı hədəflərini açıqlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Modi bildirib ki, Hindistan gələcəyin istehsal mərkəzinə və tədqiqat və innovasiyalar sahəsində qlobal mərkəzə çevriləcək.
Baş nazir ölkəsinin kənd təsərrüfatı məhsullarının ixracında supergücə çevriləcəyini, həmçinin Hindistanın öz kosmik stansiyasına sahib olacağını deyib.
Modi əlavə edib ki, bir gün Hindistan bütün dünyanın heyranlıqla izləyəcəyi Olimpiya Oyunlarına ev sahibliyi edəcək.
Kübra Musayeva