MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı

MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı
06.08.2026 08:33 Dünya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kuba ilə bağlı fəaliyyət göstərəcək xüsusi gizli əməliyyat qrupu yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, qrupa kəşfiyyat təhlili, agent şəbəkəsinin genişləndirilməsi, kiber əməliyyatlar və gizli təsir fəaliyyətləri üzrə ixtisaslaşmış əməkdaşlar daxildir. Bildirilir ki, yeni struktur MKİ-yə Kuba istiqamətinə daha çox maliyyə, texniki və insan resursu ayırmağa imkan verəcək.

Nəşrin iddiasına əsasən, Vaşinqton Kuba siyasi elitasında parçalanma yaratmağa və ABŞ ilə əməkdaşlığa daha meylli şəxslərin önə çıxmasına nail olmağa çalışır.

Kubanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio isə bildirib ki, bu addım təəccüblü deyil. Onun sözlərinə görə, Kuba uzun illərdir MKİ-nin casusluq, təxribat və digər gizli fəaliyyətlərinin hədəfində olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər