Misirin ekologiya naziri istefa verdi

Misirin ekologiya naziri istefa verdi
21.07.2025 06:00 Dünya

Misirin ekologiya naziri Yasmin Fuad vəzifəsindən istefa verib. O, BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının icraçı katibi təyin olunub.

TodayPress TV “Xinhua”ya istinadən xəbər verir ki, Baş nazir Mustafa Mədbuli istefanı qəbul edib və ekologiya nazirinin səlahiyyətlərini müvəqqəti olaraq yerli idarəetmə naziri Manal Əvvada həvalə edib.

Mədbuli bildirib ki, Fuadın yeni təyinatı onun uzunmüddətli təcrübəsinin və beynəlxalq səviyyədə məsuliyyət daşımaq qabiliyyətinin göstəricisidir.

Yasmin Fuad 2018-ci ildən bəri ekologiya naziri vəzifəsində çalışırdı. Onun BMT-yə təyinatı may ayında Antonio Quterreş tərəfindən elan olunmuşdu.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər