Misir İsrailin Livana hücumlarının qarşısını almağa çalışır

Misir İsrailin Livana hücumlarının qarşısını almağa çalışır
27.11.2025 03:22 Dünya

Livanda sabitliyin və təhlükəsizliyin qorunması yeni hərbi eskalasiyanın qarşısını almağa çalışan Qahirə üçün prioritetdir.

TodayPress TV xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdül Əti Beyrutda keçirilən mətbuat konfransında deyib.

"Səylərimiz Livanın suverenliyini pozan İsrail hücumlarının qarşısını almağa yönəlib. Biz güc tətbiqinin nəticə verməyəcəyinə inanırıq və Livanı hər hansı bir təcavüzdən qorumaq istəyirik", - o deyib.

Qeyd edək ki, Misir XİN rəhbəri çərşənbə günü Beyrutda Livan prezidenti Cozef Aun və parlamentin sədri Nəbih Berri ilə danışıqlar aparıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər