Mirzoyan və Rubio TRIPP layihəsi ilə bağlı birgə bəyanat imzalayacaqlar

Mirzoyan və Rubio TRIPP layihəsi ilə bağlı birgə bəyanat imzalayacaqlar
13.01.2026 12:11 Dünya

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı birgə bəyanat imzalayacaqlar.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial mediada məlumat verib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri 13-14 yanvar tarixlərində ABŞ-də işgüzar səfərdə olacaq.

"Səfər çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüş planlaşdırılır. TRIPP-in həyata keçirilməsi ilə bağlı Birgə Bəyanatın qəbul edilməsi planlaşdırılır", - deyə Badalyan bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər