Minnesota ABŞ hökumətini məhkəməyə verir

Dünya

13.01.2026 10:43

Minnesota ştatının Baş prokuroru Kit Ellison bildirib ki, Minnesota hakimiyyəti ştatda İmmiqrasiya və Gömrük Mühafizəsi agentlərinin yerləşdirilməsi ilə bağlı federal hökumətə qarşı iddia qaldırıb.

TodayPress TV xəbər verir ki, onun sözlərini "NBC" sitat gətirib.

Baş prokuror immiqrasiya agentlərinin ştatda mövcudluğunu "konstitusiya və federal qanunun pozulması" adlandırıb. O, iddianın Minnesota Rayon Məhkəməsində qaldırıldığını aydınlaşdırıb. İddiaçılar Minneapolis və Sent-Pol şəhərləri, cavabdehlər isə ABŞ Daxili Təhlükəsizlik Departamenti, İmmiqrasiya və Gömrük Mühafizəsidir.

Qeyd edək ki, yanvarın 6-da Minneapolis şəhərində immiqrasiya zabiti avtomobili ilə onun üzərinə çıxmağa çalışan bir qadını güllələyərək öldürüb.

Aysel Mətləb

TodayPress TV

tag: Minnesota ,ABŞ ,İmmiqrasiya ,Minneapolis ,Todaypress.tv,