Minlərlə şiə deportasiya olundu, işsiz qaldı
Dünya
25.05.2026 09:51
Pakistanın Çakval bölgəsinə son aylarda Birləşmiş Ərəb Əmirliklərindən deportasiya edilən çoxlu şiə müsəlman geri dönüb. Onlar işlərini, əmanətlərini və şəxsi əşyalarını itirdiklərini bildirirlər.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, deportasiya olunan şəxslər illərlə BƏƏ-də təhlükəsizlik, tikinti və xidmət sahələrində çalışıblar. ABŞ və İsrailin İrana hücumlarından sonra deportasiyaların artdığı qeyd olunur.
Pakistanın şiə təşkilatı "Majlis Wahdat-e-Muslimeen" fevralın sonundan bəri təxminən 7500 Pakistan şiəsinin BƏƏ-dən çıxarıldığını açıqlayıb.
Deportasiya edilən şəxslər bildiriblər ki, saxlanıldıqdan sonra onlara ölkədən çıxarılacaqları deyilib. Onların çoxu maaşlarını, bank hesablarındakı pulları və baqajlarını götürə bilmədiklərini söyləyib.
Human Rights Watch məsələ ilə bağlı yayılan məlumatların narahatlıq doğurduğunu və araşdırma aparıldığını açıqlayıb.
Qeyd edək ki, BƏƏ-də çalışan pakistanlıların göndərdiyi pullar Pakistan iqtisadiyyatı üçün mühüm hesab olunur. Deportasiyalar isə bir çox ailənin gəlir mənbəyini itirməsinə səbəb olub.
Jalə Rövşən
tag: BƏƏ,Pakistan,Deportasiya ,İş ,Todaypress.tv,
