Miller: "Avropa yanlış siyasəti ilə özünü öldürür"

Dünya

24.01.2026 10:15

“ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa ölkələrini tənqid etməsi Avropanın yavaş-yavaş özünü öldürməsi ilə əlaqəlidir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller “Fox News”a müsahibəsində bildirib.

O, Amerika prezidentinin Davosdakı çıxışı zamanı Avropaya qarşı səsləndirdiyi tənqidin, qitə ilə bağlı verilən ən vacib açıqlamalardan biri olduğunu vurğulayıb.

"Avropa enerji sektorunu qaydalarla boğmaqla, digər ölkələrin işləməyən yaşıl enerjisindən asılı hala gəlməklə, məsuliyyətsiz miqrasiya siyasəti ilə, illərlə öz silahlı qüvvələrinə investisiya qoymamaqla və ABŞ-dən Avropa müdafiəsini subsidiyalaşdırmaq üçün istifadə etməklə özünü öldürür", - deyə Miller bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Avropa,Miller,Davos,Todaypress.tv,