"Microsoft"dakı boşluq kiberhücuma səbəb oldu

"Microsoft"dakı boşluq kiberhücuma səbəb oldu
21.07.2025 18:45 Dünya

ABŞ-də dövlət orqanları və şirkətlər "Microsoft"un "SharePoint" proqramındakı zəiflik səbəbilə kiberhücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, “The Washington Post”un məlumatına görə, hakerlər bu boşluqdan istifadə edərək hökumət agentlikləri, universitetlər və enerji şirkətlərini hədəfə alıblar.

Hücumun kim tərəfindən edildiyi hələlik bilinmir.

ABŞ, Kanada və Avstraliya bu məsələ ilə bağlı araşdırmalara başlayıb. "Microsoft" istifadəçilərə ya proqramda dəyişiklik etməyi, ya da serverləri internetdən ayırmağı tövsiyə edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər