"Mi-8" helikopteri məcburi eniş etdi

"Mi-8" helikopteri məcburi eniş etdi
27.06.2025 16:20 Dünya

Rusiyanın Smolensk vilayətinə uçan "Mi-8" tipli helikopter Tver vilayətinin Rjev rayonundakı Şetinino kəndi yaxınlığında texniki nasazlıq səbəbindən məcburi eniş edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyinə Tver Hava Hərəkətinə Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, helikopter ekipajı hava müşahidəsi zamanı uyğun sahəni müəyyən edərək enişi təhlükəsiz şəkildə həyata keçirib.

“Ekipaj salamatdır, helikopterə ciddi ziyan dəyməyib”, – deyə agentliyin həmsöhbəti bildirib.

Töhfə Səməd

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər