Məşhur tiktoker saxlanıldı

Məşhur tiktoker saxlanıldı
08.06.2025 09:15 Dünya

ABŞ-nin immiqrasiya və gömrük mühafizəsi tiktoker Xabi Leymi Las-Veqas hava limanında viza qaydalarını pozduğu üçün saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, Xabi iyunun 6-da Las-Veqasdakı Harri Rid beynəlxalq hava limanında viza müddəti bitdiyinə görə saxlanılıb. Qısa həbsdən sonra ona könüllü olaraq ABŞ-ni tərk etməyə icazə verilib.

“TikTok sosial” şəbəkəsinin məlumatına görə, tətbiqdəki abunəçilərin sayına görə italiyalı bloger Leym birinci yerdədir. Onun 162 milyondan çox abunəçisi var.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər