Meşə yanğınları ilə bağlı 402 nəfər saxlanıldı, 156-sı azyaşlıdır
Fransada meşə yanğınlarının törədilməsində şübhəli bilinərək 402 nəfər saxlanılıb, onlardan 156-sı azyaşlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Loran Nunyes mətbuat konfransında məlumat verib.
"Bu günə olan məlumata əsasən, təhlükəsizlik qüvvələrinin əməkdaşları qəsdən və ya ehtiyatsızlıqdan törədilən yanğınlarla bağlı 402 nəfəri saxlayıblar", – deyə o bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yay başlayandan bəri ölkədə 14 min yanğın faktı qeydə alınıb, yanğınlar 120 min hektar ərazini külə döndərib.
Aysel Mətləb