Merts: "Qərb Rusiyaya hücumlarda Ukraynanı məhdudlaşdırmır"

Merts: "Qərb Rusiyaya hücumlarda Ukraynanı məhdudlaşdırmır"
26.05.2025 18:15 Dünya

Ukrayna Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək hüququna malikdir və bu, ona verilən Qərb silahlarının istifadəsində məhdudiyyət qoyulmadığını göstərir. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib. 

"Ukraynaya verilən silahlara heç bir məhdudiyyət yoxdur. Nə ingilislər, nə fransızlar, nə biz, nə də amerikalılar buna qarışa bilər" deyə Merts qeyd edib.

Onun sözlərinə görə, bu, Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə qarşı özünümüdafiə hüququnu təmin edir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər