Merts Putinin Alyaskadakı qarşılanmasından narazı qaldı

Merts Putinin Alyaskadakı qarşılanmasından narazı qaldı
17.08.2025 18:30 Dünya

Almaniya federal kansleri Fridrix Merts bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirilən sammitdə yüksək təntənə ilə qarşılanması onu qane etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Almaniyanın "ARD" telekanalına müsahibəsində danışıb.

“Bu, böyük protokol idi. Rusiya mediası bunu bayram kimi təqdim edir. Halbuki daha azı kifayət edərdi”, – deyə Merts qeyd edib.

Eyni zamanda kansler vurğulayıb ki, Donald Tramp Avropada müzakirə olunan siyasi xəttin çərçivəsində hərəkət edir. 

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər