Mərakeşdən İspaniyaya miqrant axını: 80 min insan!
İyulun sonunda Mərakeşdən İspaniyanın Seuta şəhərinə təxminən 80 min qeyri-qanuni miqrant keçib.
TodayPress TV xəbər verir ki, bu barədə “EFE” agentliyi ərazi siyasəti və demokratik yaddaş naziri Anxel Viktor Torresə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, muxtar şəhərə gələnlər arasında təxminən 1 400 yetkinlik yaşına çatmayan şəxs var. Torres onlara yardım göstərilməsinə çağırıb.
Qeyd edək ki, on minlərlə miqrantın İspaniyanın muxtar şəhəri Seutaya qanunsuz şəkildə daxil olması İspaniya Ali Məhkəməsinin qeyri-qanuni miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən və onlara sığınacaq üçün müraciət etmək imkanı verilməsini tələb etməsindən sonra baş verib.
Aysel Mətləb