"Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan

"Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan
08.08.2026 22:10 Dünya

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın birgə müdafiə haqqında Məkkə sazişi imzalayaraq yaratdığı ittifaqa bir neçə ölkə maraq göstərir.

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə açıqlamasında bildirib.

“Bir sıra ölkələr ittifaqa maraq göstərir”, - deyə o, Misirin də bu ölkələr sırasında olduğunu qeyd edib.

Qeyd edək ki, Məkkə sazişini avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıb. Sazişə əsasən, ölkələrdən birinə hücum bütün saziş iştirakçılarına qarşı təcavüz kimi qiymətləndiriləcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər