Medvedev: "Rusiya mövqeyini danışıqlarda təqdim edib"

Dünya

23.02.2026 15:08

"Rusiya Ukrayna nizamlanması üzrə danışıqlarda, o cümlədən ərazi məsələsi və Ukraynanın demilitarizasiyası parametrləri ilə bağlı mövqeyini bəyan edib".

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev hərbçilərlə söhbəti zamanı bildirib. Görüntülər “Max” platformasında yayımlanıb.

O qeyd edib ki, danışıqların nəticələrinin açıqlanmaması barədə razılıq var.

“Ümumi şəkildə deyə bilərəm ki, Rusiya tərəfi, təbii olaraq, öz mövqeyini təqdim edib. Siz bilirsiniz ki, bu mövqe ölkəmizin Ali Baş Komandanı, Prezident tərəfindən formalaşdırılıb və dəfələrlə səsləndirilib. Ərazilər, bu dövlətin demilitarizasiyası parametrləri və bir sıra digər məsələlər daxil olmaqla ən mühüm mövzular da buna daxildir. Qarşı tərəf bunları hələlik qəbul edir, lakin biz cavab almamışıq”, – deyə Medvedev bildirib.

Qiymət Mahir

tag: Rusiya ,Ukrayna,Prezident ,Danışıq,TodayPress TV,