Medvedev Ermənistana xəbərdarlıq etdi: “Gürcüstanın taleyini təkrarlayacaq”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın Qərbə yönəlmiş siyasətini davam etdirməsinin ölkə üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Medvedev iddia edib ki, Qərb Gürcüstandan Rusiyaya qarşı geosiyasi mübarizədə istifadə edib, daha sonra isə ölkəyə marağını itirib.
Onun sözlərinə görə, Ermənistan da Qərblə yaxınlaşma siyasətini davam etdirəcəyi təqdirdə Gürcüstanın “taleyini təkrarlaya bilər”.
Medvedev ABŞ və Avropa İttifaqının Ermənistanın rifahı ilə maraqlanmadığını iddia edib. O, həmçinin Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsinin Ermənistanda ciddi daxili böhrana səbəb ola biləcəyini, hətta “daha pis” nəticələrin yaşana biləcəyini söyləyib.
Türkan İsgəndərli