Mavriki Londona iyulun sonunadək vaxt verdi

Mavriki Londona iyulun sonunadək vaxt verdi
23.04.2026 23:10 Dünya

Mavriki Çaqos arxipelaqının Afrika dövlətinin yurisdiksiyasına verilməsinə dair Böyük Britaniya ilə razılaşmanın başa çatdırılmasını iyulun sonunadək gözləməyə hazırdır.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Mavrikinin Baş prokuroru Qevin Qlover bildirib.

Qeyd olunub ki, Britaniya nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın etirazları səbəbindən sövdələşmə dayandırıldıqdan sonra ilk dəfə Mavrikinin Baş naziri Navin Ramqulam ilə görüş keçirib.

Razılaşma Dieqo-Qarsiya adasındakı birgə ABŞ-Britaniya hərbi bazasından istifadə hüququ saxlanılmaqla, Çaqos üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutur.

Qloverin sözlərinə görə, ABŞ hökumətinin sövdələşmənin irəliləməsi üçün lazımi razılığı verib-verməyəcəyi ilə bağlı ölkədə aydınlıq yoxdur.

"Biz onlara iyulun sonunadək vaxt verəcəyik. O vaxta qədər gözləyəcəyik, daha sonra isə Mavriki hökuməti Böyük Britaniyadakı vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq sonrakı addımları müəyyənləşdirməli olacaq", - o qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər