Mask Trampın "Sülh Şurası" ilə bağlı zarafat etdi

Dünya

23.01.2026 09:55

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampın yaratdığı "Sülh Şurası" haqqında zarafat edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Clash Report" "Telegram" kanalında qeyd olunub.

Belə ki, Mask “sülh” və “parça” sözlərinin ahəngi üzərində zarafat edib:

“Mən "Sülh Şurası"nın yaradılması barədə eşitmişəm. Düşünürəm ki, bu, sanki bir "parça" idi. Bilirsiniz, Qrenlandiyanın kiçik bir parçası, Venesuelanın kiçik bir parçası… Biz sadəcə sülh istəyirik”, – deyə Mask zarafat edib və tamaşaçılar onu alqışlayıblar.

Qeyd edək ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətlərinin iştirakı ilə təsdiqlənib.

"RİA Novosti"nin məlumatına görə, Nizamnaməni 18 ölkənin nümayəndələri imzalayıb. Bunlar Argentina, Türkiyə, Qazaxıstan, Monqolustan, Qətər, Kosovo, Macarıstan, Ermənistan, Özbəkistan, Paraqvay, Azərbaycan, İordaniya, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İndoneziya və ABŞ-dir.

Jalə Rövşən 

TodayPress TV

tag: İlon Mask , ABŞ,Donald Tramp,Sülh Şurası ,Todaypress.tv,