Mask Marsda öləcəyini etiraf etdi
Amerikalı milyarder və “SpaceX”in baş direktoru İlon Mask Marsda öləcəyini istisna etməyib. O, həmçinin Marsı “Amerikanın bir hissəsi” adlandırıb.
TodayPress TV xəbər verir ki, o, “X” sosial media platformasında bununla bağlı mesaj yazıb.
Eyni zamanda, sahibkar Marsı ABŞ-ın ərazisi adlandırıb.
“Mənim indi və həmişəlik bir pasportum var: ABŞ. Mən burada, ya da Marsda (əgər orada Amerika ərazisi varsa) yaşayıb öləcəyəm”, - o yazıb.
Nicat Osman