Mançesterdə sinaqoqa qarşı bıçaqlı hücum

Mançesterdə sinaqoqa qarşı bıçaqlı hücum
02.10.2025 18:45 Dünya

Mançesterin Krumpsal qəsəbəsində yerləşən sinaqoqa qarşı bıçaqlı hücum törədilib. 

TodayPress TV xəbər verir ki, hücum zamanı azı 4 nəfər yaralanıb. 

Yerli polisin məlumatına görə, hücum edən şəxs əvvəlcə avtomobilini camaatın üstünə sürüb, daha sonra bıçaqla insanlara zərbə vurub. Hücumçu polis tərəfindən güllələnərək öldürülüb.

Hadisə yəhudiliyin ən önəmli günlərindən biri olan Yom Kippur (“Kəffarə günü”) zamanı, dindarların sinaqoqlara kütləvi şəkildə getdiyi vaxt baş verib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər