Malayziya gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verildi

Dünya

26.03.2026 20:15

Malayziyanın Baş naziri Ənvər İbrahim Malayziya gəmilərinə Hörmüz boğazından keçmək üçün icazə verildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Straits Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Baş nazir İran, Misir, Türkiyə və digər regional ölkələrin liderləri ilə danışıqlar aparıb.

"Hazırda Malayziyanın neft tankerlərinin keçidini təmin etmək üçün çalışırıq ki, yük daşımalarında iştirak edən heyətlər evə səyahətlərinə davam edə bilsinlər", - deyə qəzet onun sözlərini sitat gətirib.

Baş nazir, həmçinin tankerlərin keçməsinə icazə verdiyinə görə İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib. O, digər liderlərlə danışıqlarının Yaxın Şərqdəki münaqişəyə həll yolları tapmaq məqsədi daşıdığını bildirib.

Ə. İbrahim xatırladıb ki, Hörmüz boğazının blokadası Malayziyaya da təsir edir və hakimiyyət orqanları neft-qaz təchizatındakı fasilələrin təsirini azaltmaq üçün səylər göstərir.

Aysel Mətləb

TodayPress TV

tag: Malayziya,Neft,Tanker,İran,