Makron yanacağın qiymətini aşağı salmaq üçün Aİ-yə qeyri-adi təklif verdi

Makron yanacağın qiymətini aşağı salmaq üçün Aİ-yə qeyri-adi təklif verdi
22.09.2026 02:52 Dünya

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqında yanacağın keyfiyyətinə dair tələblərin müvəqqəti yumşaldılmasını təklif edib.

TodayPress TV xəbər verir ki, “BFMTV”nin məlumatına görə,  Makron Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə yanacağın keyfiyyət standartlarının və yanacaq qarışığında bioyanacağın payına qoyulan məhdudiyyətlərin müvəqqəti zəiflədilməsini təklif edib.

Bildirilir ki, Makron bu barədə fon der Lyayenə göndərdiyi məktubda bildirib.

Təklifin neft emalı zavodlarında istehsalın artırılmasına və dizel yanacağının bazara daha çox çıxarılmasına imkan verəcəyi qeyd olunur. Bunun da qısa müddətdə yanacağın qiymətlərinin aşağı düşməsinə kömək edə biləcəyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər