Trampın çıxışı zamanı səs kəsildi - VİDEO
ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı gözlənilməz hadisə yaşanıb.
TodayPress TV xəbər verir ki, ABŞ prezidentinin Ağ Evdə çıxışı zamanı onun səsi yayımda eşidilməyib. Trampın danışdığı görüntülənsə də, canlı yayımda yalnız helikopterin səsi eşidilib.
Məlumata görə, Ağ Evin təqdim etdiyi yayımda da səs problemi yaranıb. Nəticədə tamaşaçılar Trampın çıxışını dinləyə bilməyiblər.
Hadisə Ağ Ev ilə ABŞ mediası arasında yayım və giriş qaydaları ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda baş verib.
Kübra Musayeva