Makron: “Tramp Putinin onu aldatdığını bildiyi üçün qəzəblidir”

Makron: “Tramp Putinin onu aldatdığını bildiyi üçün qəzəblidir”
26.05.2025 18:13 Dünya

ABŞ prezidenti Donald Tramp anlayır ki, Rusiya lideri Vladimir Putin onu aldadıb və buna görə də qəzəblənir.

TodayPress TV xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron "Le Monde" nəşrinə açıqlamasında bildirib.

“Düşünürəm ki, prezident Tramp anlayır ki, prezident Putin ona sülhə hazır olduğunu söyləyəndə yalan danışıb. Biz yenidən Donald Trampın qəzəbini müşahidə edirik. Bu, onun səbirsizliyinin təzahürüdür”, – deyə Makron bildirib.

Fransa lideri ümid etdiyini bildirib ki, Trampın qəzəbi real addımlarla - daha genişmiqyaslı antirusiya sanksiyaları paketi ilə nəticələnəcək.

Bundan əlavə, Makron bir daha Ukrayna münaqişəsinin tərəflərini atəşkəs barədə razılığa gəlməyə çağırıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər