Makron İranda etirazçılara qarşı zorakılığı pislədi
Fransa Prezidenti Emmanuel Makron İranda etirazçılara qarşı zorakılığını pisləyib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X"dəki hesabında qeyd edib.
"İranda hökumətin hüquqlarını tələb edən qadın və kişilərə qarşı zorakılığını qınayıram" , - Fransa Prezidenti qeyd edib.
İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb.
Aynur TAC